Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi

pbZW8vwRQIX207ClM15vIPQEmPeftAJxZn1uZLYD_1200

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub.

Xia.az -ın məlumatına görə, bu barədə DSMF-nin sədri Zəka Mirzəyev müvafiq əmr imzalayıb.

Sədrin əmri ilə Seymur Mahmudlu DSMF-nin Strateji planlaşdırma və investisiyalar departamentinin müdir müavini təyin olunub.

S.Mahmudlu bu təyinatadək “Azersun Holding”də müxtəlif vəzifələrdə çalışıb.