Qubada restoranda ofisiant qəfil ölüb

KwU3UTrVGAhVieoB4DNJTcuEGgn4ivHsRnWGxpkg_1200

Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib.

Xia.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 7-si saat 8 radələrində Güləzi kəndinin ərazisində yerləşən “Xınalıq” restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.