Göyçayda qadın qətlə yetirildi, əri saxlanıldı

381VTI9l6COhPLecYslggbMet5fcNg6iVO6qbMiS_1200

Göyçayda 31 yaşlı qadın qətlə yetirilib.

Xia.az ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 16 radələrində rayonun Qarabaqqal kəndində yerləşən kafedə baş verib.

Belə ki, 38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 31 yaşlı Vəfa Ağakərimovaya kəsici alətlə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə T.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.