Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı Naxçıvanda tutuldu - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı Naxçıvanda tutuldu

1995-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Akdı Namik Kemalın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Xia.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.N.Kemal 2024-cü ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasının ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib:

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib”.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?