Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər

Bərdə rayonunda İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən şəxslər həbs ediliblər.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Əməliyyat nəticəsində əvvəllər məhkum olunan Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. Onlardan 5 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Həmin şəxslərin narkotiki İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirərək Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?