Polis əməliyyat keçirdi: Saxlanılanlar var - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Polis əməliyyat keçirdi: Saxlanılanlar var

Yardımlı rayonunda keçirilən əməliyyat zamanı 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxsləri ifşa ediblər.

Keçirilən əməliyyat tədbirləri ilə 39 yaşlı Elvin Novruzov və əvvəllər məhkum olunmuş 36 yaşlı Əlövsət Mustafayev saxlanılıblar. Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 20 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?