Göyərtəsində 10 nəfərin olduğu təyyarə Alyaska ştatının səmasında radarlardan itib.
Xia.Az xəbər verir ki, bu barədə “Anchorage Daily News” qəzeti məlumat verib.
Qəzetin məlumatına əsasən, “Bering Air” şirkətinin təyyarəsi Unalaklit şəhərindən Nom şəhərinə uçuş həyata keçirirdi.
Hava gəmisinin göyərtəsində doqquz sərnişin və bir pilot olub. İnsidentin səbəbi müəyyənləşdirilir. Əlverişsiz hava şəraiti axtarış əməliyyatlarını çətinləşdirib.