Arvadını üzqırxana görə döyən şəxsə hökm oxundu - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Arvadını üzqırxana görə döyən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Samir Nağıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Xia.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və S.Nağıyev cinayət məsuliyyətindən azad olunub.

İttihama görə, hadisə 2024-cü il noyabrın 6-da saat 6 radələrində Abşeron rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Samir Nağıyev arvadı, zərərçəkmiş Ülkər Nağıyeva ilə ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisəyə səbəb isə kişinin tulladığı üzqırxanını qadının hələ də evin yataq otağındakı dolabda saxlaması səbəb olub. Bu zaman təqsirləndirilən şəxs arvadının üzərinə hücum edərək qəsdən yumruqla onun sifət, baş, sol göz nahiyələrinə zərbələr vuraraq xəsarət yetirib.

Hadisədən sonra Samir Nağıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?