Pakistanın baş naziri Azərbaycana səfər edəcək - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Pakistanın baş naziri Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif fevral ayının üçüncü həftəsində Azərbaycana səfər edəcək.

Xia.Az xəbər verir ki, bu barədə Pakistanın “The News International” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlığa xidmət edən bir sıra sazişlərin bağlanacağı qeyd olunur.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?