Odlu silahla saxlanılan şəxs əvvəllər 7 dəfə məhkum olunub - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Odlu silahla saxlanılan şəxs əvvəllər 7 dəfə məhkum olunub

Şirvan şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 7 dəfə məhkum olunmuş Pünhan Tağıyevin odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

Xia.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə adıçəkilən şəxs saxlanılıb və ondan bir ədəd “Mauser” markalı odlu silah götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?