Ağcabədidə spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunublar - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Ağcabədidə spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunublar

Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Xia.Az-a bildirilib.

Verilən məlumata görə, aparılan yoxlamalar zamanı spirtli içki qəbul edərək avtomobil idarə edən üç, narkotik vasitənin təsirində olan bir sürücü müəyyən edilib.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?