Goranboyda qumbara partlayıb.
Xia.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Zakir Mayıl oğlu Namazov gəlini 1986-cı il təvəllüdlü Vəfa Şükür qızı Aslanova ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.
Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.