Neftçala rayonunda qətl hadisəsi baş verib.
Xia.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Şəhla Telman qızı Tağıyeva ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.
Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.