FHN polkovnikinə VƏZİFƏ VERİLDİ - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

FHN polkovnikinə VƏZİFƏ VERİLDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev yeni işlə təmin edilib.

Xia.Az “Qaynarinfo”a istinadən xəbər verir ki, ehtiyatda olan FHN polkovniki “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin baş mütəxəssisi (konkret sahə üzrə yüksək hazırlığa, yetəri qədər məlumata və praktiki fəaliyyətə malik olan işçi) vəzifəsinə təyin olunub.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bu barədə müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Rza Xudiyev FHN-in məşhur polkovniklərindən biridir və 47 il Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Rza Xudiyev ötən ilin iyul ayında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?