28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

28 avtobusdan oğurluq edilib – Şübhəli şəxslər saxlanıldılar

Bakıda 28 avtobusdan oğurluq edilib.

Bu barədə Xia.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakının Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birinə məxsus qarajdan 28 avtobusun katalizatorlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ş.Mahmudzadə və 22 yaşlı H.Əlizadə müəyyən olunaraq saxlanılıblar.

Onların digər analoji cinayətlərdə iştirak edib-etmədiklərini müəyyən etmək məqsədilə araşdırmalar davam etdirilir.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?