Gəncədə 12 nəfəri əmək müqaviləsiz işlədən şəxs barəsində cinayət işi başlanıb - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Gəncədə 12 nəfəri əmək müqaviləsiz işlədən şəxs barəsində cinayət işi başlanıb

Gəncədə 12 nəfəri əmək müqaviləsi olmadan işlədən vəzifəli şəxs barəsində cinayət işi başlanıb.

Xia.Az xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, şəhər ərazisində əmək hüquqlarının pozulması halları barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı “Fazil-20” MMC-nin vəzifəli şəxsi tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq davam edir.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?