Füzulidə narkokuryerlik edən șəxs saxlanıldı - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Füzulidə narkokuryerlik edən șəxs saxlanıldı

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elçin Abbaslı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Xia.az-a bildirilib ki, E.Abbaslıdan 9 kiloqram 720 qram marixuana, 3 kiloqram 500 qram tiryək və 100 ədəd metodon həbi aşkarlanıb. O, şəxsiyyəti istintaqla araşdırılan İran sakini vasitəsi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. E.Abbaslı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?