Siyəzəndə NARKOTİK ƏMƏLİYYATI - İki nəfər həbs olundu - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Siyəzəndə NARKOTİK ƏMƏLİYYATI – İki nəfər həbs olundu

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri, əvvəllər məhkum olunmuş Yəhya Güləliyev və Namiq Məhərrəmov saxlanılıblar.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Onlardan ümumilikdə 1 kiloqram marixuana və heroin, eləcə də psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?