Bakıda mal əti adı ilə at ətindən dönər hazırlanan müəssisə AŞKAR EDİLDİ - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Buzovnada çiy dönər və toyuq əti emalı müəssisəsində keçirilən yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı məlum olub.

Xia.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, mənşəyi məlum olmayan 6 min 159 kiloqram dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kiloqram toyuq filesi, 360 kiloqram toyuğun bud hissələri aşkarlanıb.

Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laboratoriya müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub.

Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?