Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər tutulub - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Göyçay rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında üzlərini maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazaya daxil olublar və oradakı pulu, spirtli içkiləri, tütün məmulatlarını, eləcə də digər əşyaları talayaraq ələ keçiriblər.

Xia.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 42 yaşlı Vüqar Mirzəyev və 45 yaşlı Tural Əzizov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?