Sumqayıtda mərasim evinin fəaliyyəti dayandırıldı - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsi, 1 ünvanında yerləşən “Arzu” mərasim evinin fəaliyyəti dayandırılıb.

Xia.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, mərasim evində yoxlama keçirilib:

“Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

– obyektdə yanğın su hovuzu mövcud deyil;

– obyekt tikinti norma və qaydalarının tələblərinə uyğun ehtiyat təxliyə çıxışı ilə təmin olunmayıb;

– obyekt ilkin yanğınsöndürmə vasitələri, o cümlədən odsöndürən balonlarla təmin olunmayıb;

– təxliyə planı mövcud deyil;

– obyektin tavan hissələri yanar material olan lambirlə üzlənilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsi, 1 ünvanında yerləşən “Arzu” mərasim evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”.

Mərasim evi

Fövqəladə Hallar Nazirliyi (FHN)

Dövlət Yanğın Nəzarəti Xidməti

Sumqayıt şəhəri

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?