Zelenski: "Yaxın zamanda sülhü tezləşdirmək üçün ilk addımlarla bağlı plan hazır olacaq" - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Ukrayna və Avropa ədalətli və davamlı sülhə nail olmaq üçün plan hazırlayır. Bu plan tezliklə hazır olacaq.

Xia.Az “RBC-Ukraine”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

O bildirib ki, bu gün Sloveniyanın Baş naziri Robert Qolob ilə liderlərin Londonda keçiriləcək sammiti barədə məlumat vermək və birgə səyləri müzakirə etmək üçün telefon danışığı baş tutub.

“Biz ədalətli və davamlı sülhü yaxınlaşdırmaq üçün ilk addımlar üçün plan hazırlayırıq. Biz bunun üzərində sürətlə işləyirik. O yaxın vaxtlarda hazır olacaq”, – prezident qeyd edib.

Zelenski vurğulayıb ki, Avropanın müharibəni dayandırmaq və təhlükəsizliyi təmin etmək üçün ümumi baxışı var və o, Ukrayna və ABŞ ilə birlikdə gələcək danışıqlar masasında olmalıdır.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?