Bakıda fəaliyyət göstərən məşhur türkiyəli həkim ixtisası ilə bağlı imtahandan KEÇƏ BİLMƏDİ - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Türkiyə vətəndaşı, uzman fizioterapevt Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib və ona Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub.

Xia.Az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

“Martın 2-si sosial mediada Türkiyə vətəndaşı Musa Kılıçın bakalavriat səviyyəsi üzrə Tbilisi Dövlət Tibb Universitetindən əldə etdiyi diplomun saxta olduğuna dair məlumat paylaşılıb və müvafiq qurum tərəfindən adıkeçən şəxsin kvalifikasiyasının tanınmadığına dair fərziyyə irəli sürülüb. Xarici kvalifikasiyaların tanınması üzrə məsul qurum olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qeyd olunan məqamı aydınlaşdırmaq zərurəti yaranıb.

Qeyd etmək istərdik ki, M.Kılıç “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə əldə etdiyi dövlət nümunəli (həqiqi) ali təhsil sənədi ilə xarici kvalifikasiyasının tanınması üçün TKTA-ya müraciət edib. M.Kılıçın müraciəti üzrə icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılıb. M.Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub. Sözügedən şəhadətnamədə də qeyd olunduğu kimi akademik tanınma ərizəçiyə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsi (səviyyəsi) üzrə təhsilini davam etdirmək hüququ verir”, – açıqlamada bildirilir.

Bildirilib ki, qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.

Səhiyyə Nazirliyi

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?