Şəkidə avtomat satan şəxs tutulub - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər həyata keçirilib.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş 49 yaşlı Mübariz Bəşirov saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs həmin silahı satmaq məqsədilə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Bəşirov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, son bir ay ərzində şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif çaplı 20 ov tüfəngi müəyyən olunaraq götürülüb. Həmin şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daxili İşlər Nazirliyi (DİN)

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?