Baş həkimə məktubla güllə göndərdilər - TƏFƏRRÜAT - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əliyevə məktubla patron göndərən şəxsə ağır cəza verilib.

Xia.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1987-ci ildə Bakı şəhərində anadan olmuş E.B.-ya Cinayət Məcəlləsinin 182.2.4 və 228.1-ci maddələri ilə cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.

Məlum olub ki, E.B.-nın baş həkimlə ədavətinin yaranmasına səbəb sonuncunun onun qardaşı D.B.-ya “pensiya düzəltmədiyinə” görə yaranıb. Belə ki, təqsirləndirilən şəxsin qardaşı 2022-ci ildə çoxlu iynə udduğuna görə Bakıda əməliyyat olunub. Əməliyyatdan sonra D.B. Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gələrək əlillik almaq üçün Elçin Əliyevdən rəy verməsini tələb edib. Baş həkim bundan imtina etdiyi üçün E.B. ondan qardaşının “qisası”nı almağı özünə söz verib.

O, xəstəxananın mühafizəçisi vasitəsilə Elçin Əliyevə məktub göndərib. Məktubda təqsirləndirilən şəxs baş həkimi ölümlə hədələyərək, ondan 16 000 manat istəyib. Həmçinin SSRİ-də istehsal olunmuş 7,62×39 mm kalibrli, “Kalaşnikov” avtomatları, əl pulemyotları və SKS karabinlərindən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronu skoçla yapışdıraraq, zərfə qoyub.

Baş həkim məktubla onu hədələyən və patron göndərən şəxs barəsində polisə müraciət etməli olub. Məhkəmənin qərarı ilə E.B 6 il müddətinə azadlıqdan məhrum edilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?