Gəncədə intihar hadisəsi baş verib.
Gəncədə 22 yaşlı gənc intihar etdi
Xia.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.Belə ki 2003-cü il təvəllüdlü Ü.Əlizadə yaşadığı binada özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.Gənc oğlanın hansı səbəbdən intihar etməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.Faktla bağlı araşdırma aparılır.