Belə ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun müvafiq Sərancamına əsasən, Şirinov Sübhan Hətəm oğlu RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Şirinov Sübhan Hətəm oğlu 15 mart 1974-cü ildə İsmayıllı rayonunun Qalacıq kəndində anadan olub.
Azərbaycan Dövlət İqtisad İnstitutunun ümumi iqtisadiyyat fakültəsinin mühasibat uçotu və audit ixtisasını bitirib.
Sübhan Şirinov I Qarabağ müharibəsi iştirakçısı və II qrup Qarabağ müharibəsi əlilidir. Ailəlidir, 2 övladı var. 2004-cü ildən YAP-ın üzvüdür.
Əməkdaşımızı təbrik edir, yeni işində uğurlar arzulayırıq!