Sabirabad sakinindən 6 kiloqram narkotik və odlu silah götürülüb. - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Sabirabad sakinindən 6 kiloqram narkotik və odlu silah götürülüb.

Sabirabad sakinindən altı kiloqram narkotik vasitə və odlu silah götürülüb.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Vüqar Muxtarov saxlanılıb.

Belə ki, adıçəkilən şəxsdən altı kiloqram narkotik vasitə marixuana, bir ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus patron darağı və 10 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, V.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?