Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ

Özündən 10 yaş kiçik sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Xia.Az Lent.az-a istinadla xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 12 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Təqsirləndirilən şəxsin vəkili Nicat İmanov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, ötən il mayın 30-da səhər saat 9 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində 38 yaşlı Samir Yanvar oğlu İsrafilovun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, 48 yaşlı Ruhiyyə Mürvət qızı Tahirova polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Belə ki, onlar sevgili olublar.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?