Cərrahi əməliyyat zamanı həkimlərin tiktok platformasında canlı yayım açması birmənalı şəkildə xoş qarşılanmalı deyil. Həkimin qısa zamanda diqqətinin yayınması həmin əməliyyatın uğursuz nəticələrinə və xəstənin həyatını itirməsinə səbəb ola bilər. Həkim diqqətini yayındırmamalıdır. Əməliyyat otağına kənar şəxslərin girişi qadağandır. Bəs tiktokda canlı açıb həkimlərə izləyicilərdən gələn sualları ünvanlayan xanımlar kimlərdir? Həkimləri reklam edir, əməliyyata aid olmayan suallar verir. Bu isə həkimlərin diqqətinin yayınmasına səbəb olacaq bir halldır. Xəstənin həyatı bu qədərmi dəyərsiz hesab edilir? Mözvu ilə bağlı tərəfimizdən Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinə (AEM) sorğu ünvanladıq. Mövzu diqqətimizdədir.