Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub

Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Kia” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Ş.Mustafayevə “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitənin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.
Ş.Mustafayev barəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq olunub.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?