Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Tiktoker “Xan” ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI

“TikTok” əməliyyatında həbs edilən “Xan” ləqəbli tiktoker Əsgər Əlizadə ev dustaqlığına buraxılmayıb.

Xia.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.

Onun vəkili Yusif Seyfəlov bildirib ki, Nərimanov Rayon Məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs qətimkan tədbirindən narazıdır.

Daha sonra məhkəmə yekun qərarı elan edib.

Qərara əsasən, tiktokerin şikayəti təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin onun barəsində çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, “Xan” ləqəbli tiktoker Əsgər Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən əməliyyat keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətətlərdə təqsirləndirilirlər.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?