Rusiyadan Ermənistana xəbərdarlıq - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Rusiyadan Ermənistana xəbərdarlıq

“Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlər məhdudlaşdırılarsa, Ermənistanda enerji və ərzaq məhsulları bahalaşacaq, üstəlik, Ermənistan mallarının ixracı 70-80% azalacaq”.

Xia.Az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsini şərh edərkən deyib.

“Ermənistanda Aİİ ilə münasibətlər məhdudlaşdırılarsa, bir tərəfdən enerji və ərzaq qiymətləri artacaq, digər tərəfdən isə Ermənistan mallarının ixracı 70-80% azalacaq. Sakinlər gəlirlərini, iş yerlərini itirəcəklər və bunun müqabilində çox güman ki, vizasız rejim alacaqlar, Ermənistan isə əhalisini itirəcək”, – Overçuk qeyd edib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?