Yevlaxda baba və nəvəsi QƏZAYA DÜŞDÜLƏR - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Yevlaxda baba və nəvəsi QƏZAYA DÜŞDÜLƏR

Yevlaxda idarəetmədən çıxan VAZ-2110 markalı maşın yol kənarındakı kanala düşüb.

Xia.Az ” xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən yolda qeydə alınıb.

Qəza nəticəsində sürücü 1959-cu il təvəllüdlü Qüdrət Məmi oğlu Əhmədov baş nahiyəsindən və döş qəfəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Nəvəsi 17 yaşlı gənc heç bir xəsarət almayıb.

Baba və nəvə Ağdaşdan yas mərasimindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?