Prezident İlham Əliyev Davosda İsrail prezidenti ilə görüşüb - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Prezident İlham Əliyev Davosda İsrail prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşüb.

Xia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.

İsxak Hersoq ölkəmizə rəsmi səfərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirilib, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirilib.

Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaları üçün hərtərəfli şəraitin yaradıldığı məmnunluqla qeyd edilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?