Tramp Rusiyaya xəbərdarlıq etdi - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Tramp Rusiyaya xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin tezliklə həll olunmayacağı təqdirdə Rusiya ixracına yeni rüsumlar və sanksiyalar tətbiq etmək niyyətindədir.

Xia.Az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Əgər biz tezliklə razılıq əldə etməsək, mənim Rusiyanın ABŞ-yə və bu işdə iştirak edən digər ölkələrə satdığı hər məhsula yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq”, – dövlət başçısı qeyd edib.

Tramp Rusiya tərəfinə “çox böyük yaxşılıq” etməyə hazır olduğunu bildirib.

“İndi qərara gəlin və bu mənasız müharibəni dayandırın. Yoxsa vəziyyət daha pis olacaq”, – o yazıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?