Xəstəxanaya gəldikdən sonra anidən öldü - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Xəstəxanaya gəldikdən sonra anidən öldü

Zaqatala şəhər sakini, 39 yaşlı İlkin Məmmədov Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan bir müddət sonra ölüb.

Xia.az Unikala istinadən xəbər verir ki, İlkin Məmmədov axşam radələrində ağır formada tənginəfəs əlamətlərlə xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olub.

Həkimlər ilkin müayinə aparıb, müalicəyə başlasalar da İlkin Məmmədovda ani ölüm qeydə alınıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?