Volodimir Zelenski İlham Əliyevlə Azərbaycan qazının nəqli imkanlarını müzakirə edib - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Volodimir Zelenski İlham Əliyevlə Azərbaycan qazının nəqli imkanlarını müzakirə edib

Davosda Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan qazının nəqli üçün Ukrayna infrastrukturundan istifadə məsələsini müzakirə edib.

Xia.Az TASS-a istindən xəbər verir ki, bu barədə Ukrayna lideri Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.

“Qaz məsələsinə gəlincə, biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin böyük qaz hasilatı var, qaz ixracı üçün böyük imkanları var. Avropanın qaza ehtiyacı olsa, infrastrukturumuzdan istifadə edə bilərdik. Amma Rusiya qazı yox”, – Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycandan qaz tranzitinə tezliklə başlaya bilər.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?