Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Ford” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü P.Məhərrəmova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitənin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb.
Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən P.Məhərrəmov 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?