18 yaşlı tələbənin ölümünə səbəb olan keçmiş polisə HÖKM OXUNDU - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

18 yaşlı tələbənin ölümünə səbəb olan keçmiş polisə HÖKM OXUNDU

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub.

Xia.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət Məcəlləsinin 263.2 və 264-cü (ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilib.

Bildirilib ki, 2023-cü ilin dekabrında C.Cəfərov “Mercedes-Benz” markalı avtomobillə şəhərin Müslüm Maqomayev küçəsi ilə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar – 2005-ci il təvəllüdlü Nazlı Hüseynova və onun tələbə yoldaşı İmamrza Sadıqzadəni vurub.

Mingəçevir Turizm Kollecinin 3-cü kurs tələbəsi olan N.Hüseynova hadisə yerində vəfat edib.

Hadisədən sonra Cəlal maşınla oradan uzaqlaşıb.

Qeyd edilib ki, C.Cəfərov keçmiş polis əməkdaşı olub və hadisədən bir müddət əvvəl öz raportu əsasında daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Məhkəmənin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli müəssisədə çəkəcək sürücünün 3 il nəqliyyat vasitəsini idarəetmə hüququ da məhdudlaşdırılıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?