Qadın idarə etdiyi təlim avtomobili ilə kişini vuraraq öldürdü - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Qadın idarə etdiyi təlim avtomobili ilə kişini vuraraq öldürdü

“Ağcabədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi yanvarın 29-da saat 14:00-da qeydə alınıb”.

Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

“Hadisə rayonun Taxtakörpü qəsəbəsi ərazisində baş verib. Laçın rayon sakini, 1984-cü il təvəllüdlü Esmira Tofiq qızı Binnətəliyeva idarə etdiyi “Hyundai Accent” markalı 10-DY-148 dövlət nömrə nişanlı avtomobillə yol kənarındakı 99-CV-930 dövlət nömrə nişanlı “Mercedes-Benz”dən düşən Beyləqan rayon sakini Rafiq Sətdar oğlu Məmmədovu vurub. R.Məmmədov hadisə yerində həyatını itirib”, – deyə M.Ağayev bildirib.

Əzizə İsmayılova

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?