Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda səhər saatlarında hoteldə yanğın baş verib.

Bu barədə Xia.Az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Marmaris-İçmeler yolu üzərində yerləşən 5 ulduzlu hotelin qazanxanada naməlum səbəbdən başlayan yanğın otaqlara da keçib.

Əraziyə çox sayda yanğınsöndürən və meşə təsərrüfatı qrupları, həmçinin təcili yardım göndərilib.