Arvadını başqası ilə yazışmasına görə güllələyən şəxslə bağlı YENİ QƏRAR - Cəzası azaldıldı - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Əfsun Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Xia.Az “Pravda.az”a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmü dəyişdirilib və Ə.Əhmədovun 9 il 6 ay həbs müddəti azaldılaraq, 9 ilə endirilib.

Qeyd edək ki, məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Ə.Əhmədov bildirib ki, hadisədən əvvəl o, Rusiya Federasiyasında yaşayıb və orada olarkən həyat yoldaşının başqa kişilərlə yazışdığını bilib. 2023-cü il iyulun 1-də Azərbaycana qayıdan Ə.Əhmədov həyat yoldaşını buna görə evdən qovub. Z.Əhmədova uşaqları ilə birlikdə evdən çıxaraq atası evinə gedib.

İyulun 4-də Ə.Əhmədov qayınatası gilə gedərək qadının yad kişilərlə danışdığını deyib. Arvadının atası və anası Əfsuna boşanmağı təklif edib. Əfsun uşaqları ilə görüşərək, evinə qayıdıb. Hadisədən üç gün sonra – iyulun 7-də Ə.Əhmədov ov tüfəngini götürərək yenidən həmin ünvana qayıdıb. O, arvadını həyətdə göyərti yığdığını görüb evin çardağında gizlənərək qadının bağçadan evə qayıtmağını gözləyib. Qadın bağçadan evə qayıdarkən Ə.Əhmədov ona qarın və döş qəfəsi nahiyələrindən iki dəfə atəş açaraq, hadisə yerindən qaçıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əhmədov tutularaq istintaqa təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?