Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: Döyüş sursatları məhv ediləcək - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Goran Təlim Mərkəzində martın 5-də saat 13:00-dan 17:00-dək yararsız döyüş sursatları məhv ediləcək.

Xia.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

Azərbaycan Müdafiə Nazirliyi

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?