Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Fevralın 7-də Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

Xia.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Digər dövlət və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qatıldığı tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev qeyd edib ki, cəmiyyətdə özünəməxsus yer tutmaqla konstitusion statusa malik prokurorluq orqanları dövlət idarəetməsində mühüm əhəmiyyət daşıyır.

Vurğulanıb ki, “Konstitusiya və Suverenlik İli”ndə prokurorluq orqanlarının yeni inzibati binasının istifadəyə verilməsi əlamətdar hadisədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğıdan bəhs edən Baş prokuror dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?