Alyaskada yoxa çıxan təyyarədən xəbər var - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Dünən Alyaskada radarların ekranından itən və göyərtəsində 10 nəfərin olduğu təyyarədən xəbər var.

Xia.Az “Associated Press”ə istinadla xəbər verir ki, hava gəmisinin göyərtəsində olanların hamısı həlak olub.

Xilasedicilər təyyarənin qalıqlarını Nom şəhərinin 54 km cənub-şərqində, sahildən 19 km aralıda aşkarlayıblar. Sahil xidməti araşdırma işləri aparmaqdan ötrü iki xilasedici dalğıcı cəlb edib.

Xatırladaq ki, “Cessna 208B Grand Caravan” bir mühərrikli təyyarə Alyaskada yoxa çıxmışdı. Onun göyərtəsində doqquz sərnişin və bir pilot olub.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?