
Aprelin 8-də müxtəlif kiberüsulla vətəndaşların 87 067 manatı talanıb.
Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir:
“Kiberməkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda, bank kartında olan pul vəsaitinizi talayacaqlar.
Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla – 20 000, 17 000, 16 000, 15 000, 7 800, 4 650, 2 538, 1 006, 900, 850, 500, 350, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.