Azərbaycanda 8-ci sinif şagirdi cinsi zorakılığa məruz qalıb. Həmçinin yeniyetmə fahişəliyə də cəlb edilib.

Bu barədə Xia.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə hadisə bir neçə gün əvvəl Yardımlıda olub. Məlumata görə ana yetkinlik yaşına çatmayan qızını fahişəliyə cəlb edib.

Kəmalə Ağazadə həmçinin azyaşlının sığınacağa yerləşdiriləcəyini və reabilitasiyaya cəlb ediləcəyini bildirib.

Qeyd edilib ki, 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib. Həmçinin azyaşlının anasına Cinayət Məcəlləsinin 171-ci maddəsi ilə cinayət işi açılıb.

Digər şübhəli şəxslərlə bağlı isə istintaq işi aparılır.