Salyanda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlanıb.

Xia.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, AQTA-nın əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Sərxan Qurbanəli oğlu Süleymanova məxsus “Ay Store” marketdə yoxlama keçiriblər.

“Baxış zamanı iaşə obyektində 8 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik və 8 ədəd 0.5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və saxta spirtli içkilərin satışa çıxarılmasının qarşısı alınıb. Araşdırmalar davam etdirilir”, – deyə məlumatda qeyd edilib.

Saxta spirtli içki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)

Salyan rayonu