Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub.
Xia.az Oxu.Az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Ləman İnqilab qızı Məmmədova Şamaxı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, L.Məmmədova rayonun Göylər kənd orta məktəbinin müəlliməsidir.
